31 
Mar
2017
20:15
53
167
5187
Virtual karabakh

Ümumrusiya Azərbaycan Konqresi ləğv oluna bilər

31 Mar, 2017
20:15
5187

Ümumrusiya Azərbaycan Konqresi ləğv oluna bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə APA-nın Moskva müxbirinin sorğusuna cavab olaraq Rusiya Ədliyyə Nazirliyindən məlumat verilib.

Nazirliyin İctimai Əlaqələr Departamentindən bildiriblər ki, ÜAK fəaliyyətində Rusiya Federasiyasının mövcud qanunvericiliyini pozub: 

“Rusiya Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən nəzarət-təftiş tədbirləri zamanı ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğu aşkarlanıb. Rusiya Ədliyyə Nazirliyi “İctimai Təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib”.

Qeyd olunub ki, təşkilat pozuntuları aradan qaldırmadığına görə, bu ilin martın 3-də Rusiya Ədliyyə Nazirliyi Ali Məhkəməyə təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün müraciət edib.  

Rusiya Ali Məhkəməsi qərarına əsasən, müvafiq məhkəmə işinə aprelin 11-də baxılacaq.

Xatırladaq ki, Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri