ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) əməkdaşları humanitar yardımın çatdırılması üçün Qəzza zolağının sahillərində müvəqqəti pontonlu süni liman qurublar.
Bu barədə CENTCOM-un “X” hesabında dərc olunan bəyanatda bildirilib.
“Bu gün yerli vaxtla təxminən saat 07:40-da Fələstin sakinlərinə humanitar yardımın çatdırılmasını təmin edən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının əməkdaşları Qəzza zolağının sahilində müvəqqəti süni liman qurublar”, - deyə bəyanatda qeyd edilib.
Həmçinin ABŞ qoşunlarının strukturu quraşdırmaq üçün Fələstin anklavı ərazisinə daxil olmadıqları da vurğulanıb.
Mənbə: TASS
Rəylər