26 
Apr
2017
12:52
205
51
5816
Virtual karabakh

Ermənistanda Azərbaycandan gətirilən almalar məhv edilir

26 Apr, 2017
12:52
5816

Ermənistanda Azərbaycandan gətirilən almalar məhv edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Dövlət Qida Məhsullarının Təhlükəsizliyi Xidməti aprelin 23-dən üç gün ərzində Yerevan və vilayətlərin bazarlarında miqyaslı tədqiqatlar aparır. Səbəb isə ölkədə Azərbaycan almalarının satılmasına dair KİV-də yayılan məlumatdır.

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, erməni məmurları əhalini təhlükəsizlik baxımından, Azərbaycanda yetişdirilən almalardan imtina etməyə çağırırlar.

Xatırladaq ki, bu ərəfədə erməni KİV-i Yerevan bazarlarında Azərbaycanın Quba rayonunda yetişdirilmiş almaların satış faktını qeydə alıb.  

Yoxlama nəticəsində dövlət xidməti Azərbaycan almalarının satış hallarını qeydə alıb. Yoxlamalar Yerevanda meyvə və tərəvəz satışı məntəqələrində aparılıb.  

Dövlət xidmətinin əməkdaşları bu almaların satışını qadağan edib və meyvələri məhv etməyi tapşırıblar.

Əldə edilən məlumat fotolar ilə birgə müvafiq orqanlara təqdim edilib.

“Bu yüklərdə Azərbaycandan gətirilmiş almaların olduğu göstərilməyib. Bütün hallarda yük Ermənistan ərazisində satışına icazə verildiyinə dair müvafiq sənədlər ilə müşayiət edilib”, - məlumatda deyilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri