26 
Apr
2017
14:20
118
34
4272
Virtual karabakh

İslandiyada birbuynuzlu qoç – FOTO

26 Apr, 2017
14:20
4272

İslandiyada birbuynuzlu qoç – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İslandiya fermerləri birbuynuzlu qoç aşkar ediblər.

Oxu.Az bu barədə Iceland Monitor-a istinadən xəbər verir.

Erla Tora Olafsdottirin (Erla Þórey Ólafsdóttir) sözlərinə görə, qoçun buynuzları birləşikdir və yalnız ucunda haçalanır. Erla bunun mutasiya olduğunu düşünür.

Qəribə görünüşünə görə, çobanlar heyvanı öncə keçi sanıblar. Yaxınlıqda yaşayan yaşlı fermerlər qəribə heyvana baxmaq üçün Olafsdottirin yuanına gəlirlər. Qoç Eynhirninqur (Birbuynuzlu) adını alıb.

“Buynuzlar onun üzünü gözləri ətrafında bir qədər yuxarı çəkir, ona görə də onda təəccüblənmiş sima olur. O, bir qədər üzünü əməliyyat vasitəsilə çəkdirmiş insanlara bənzəyir” - deyə Erla iddia edir ki, Eynhirninqur sakitdir, nadir hallarda digər qoçlarla dalaşır.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri