27 
Apr
2017
14:43
197
13
4298
Virtual karabakh

69 il birgə ömür sürdülər və bir gündə dünyadan köçdülər

27 Apr, 2017
14:43
4298

69 il birgə ömür sürdülər və bir gündə dünyadan köçdülər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikanın Çikaqo şəhərində Vatkin cütlüyü 69 il birgə ömür sürdükdən sonra 40 dəqiqə fərq ilə eyni gündə dünyadan köçüblər. 

Oxu.Az xəbər verir ki, bu barədə “Assoşieyted Press” məlumat yayıb. 

Tereza Vatkin şənbə günü yerli vaxtla saat 00:10-da, onun həyat yoldaşı İsaak Vatkin isə 40 dəqiqə sonra dünyasını dəyişib. Onların qızı Klara Qesklinin sözlərinə görə, qohumlar onun əl-ələ tutan valideynləri ayıranda onun atası artıq nəfəs almırdı. Onların oğlu Leo isə əlavə edib ki, atası həyat yoldaşından ayrı heç nə etmək istəmirdi.  

Tereza və İsaakın dəfn mərasimi bazar ertəsi baş tutub. Dəfn zamanı Klara “onların məhəbbəti o qədər güclü idi ki, onlar ayrı yaşaya bilmədilər” deyib. 

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri