May
2017
01:00
43
193
26636
Virtual karabakh

Hərbi fotoqraf ölümündən bir saniyə əvvəl partlayışı çəkdi – FOTO

4 May, 2017
01:00
26636

Hərbi fotoqraf ölümündən bir saniyə əvvəl partlayışı çəkdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerika ordusunun jurnalı “Military Review” hərbi fotoqraf Hilda Kleytonun ölümünə bir saniyə qalmış çəkdiyi fotonu dərc edib.

Oxu.Az xəbər verir ki, Kleyton 2013-cü ildə Əfqanıstanda həlak olub. Onun çəkiliş apardığı təlimlər zamanı qəfildən minaatanın lüləsi partlayıb. Nəticədə beş nəfər ölüb, o cümlədən, biri hərbi fotoqraf olmaqla, dörd əfqanıstanlı hərbi qulluqçu.

“Military Review” nəşri həmçinin Kleytonun əfqan həmkarı tərəfindən çəkilmiş fotonu da dərc edib.

Görüntülər təxminən dörd ildən sonra yayılıb. “Military Review”da qeyd ediblər ki, “kişi və qadınların təlim və döyüş zamanı üzləşdiyi təhlükəni göstərmək üçün fotoları dərc ediblər”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri