17 
May
2017
14:37
63
24
3079
Virtual karabakh

Çin “Ay kəndi” laboratoriyasını təqdim edib

17 May, 2017
14:37
3079

Çin “Ay kəndi” laboratoriyasını təqdim edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin Milli Kosmik İdarəsi Yerin peykini məskunlaşdırmaq üçün hazırlanan 160 kvadratmetr sahəsi olan “Ay kəndi” laboratoriyasını təqdim edib. Bu laboratoriyada gələcək astronavtların uzun müddət Ayda yaşamaq qabiliyyətləri yoxlanılacaq.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, “Ay kəndi” kiçik şəhər mənzilini xatırladan bir neçə yaşayış otağından ibarətdir. Burada yataq, qonaq və hətta hamam otaqları da var. Dörd könüllü tələbədən ibarət iki qrup bir il müddətində burada yaşayacaq. Astronavtları qida ilə təmin etmək üçün bazada istixana və “mini-ferma” quraşdırılıb.

Çin yaxın 20 ildə Ayda analoji orbital baza yaratmaq niyyətindədir. Bu iddialı planı həyata keçirmək üçün Avropa Kosmik Agentliyi ilə danışıqlar aparılır. “Ay kəndi” müştərək Avropa-Çin layihəsi də ola bilər.

Qeyd edək ki, ilk çinli astronavt cəmi 10 il bundan əvvəl kosmosa uçub. Lakin ölkə öz kosmik proqramına maliyyə dəstəyini xeyli artıraraq itirilmiş vaxtın əvəzini çıxmaq və nəhəng kosmik dövlətə çevrilmək istəyir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri