28 
May
2017
11:31
26
206
4683
Virtual karabakh

“Uber” şirkətinin rəhbərinin anası qayıqda batıb

28 May, 2017
11:31
4683

“Uber” şirkətinin rəhbərinin anası qayıqda batıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın beynəlxalq taksi xidməti göstərən “Uber” şirkətinin baş direktoru Trevis Kalanikin anası  Kaliforniya ştatında qayığın qəzaya uğraması nəticəsində ölüb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, faciə ötən gün axşam Payn Flet Leyk su anbarında baş verib.

Göyərtəsində 71 yaşlı Bonni Qorovits Kalanikin və 78 yaşlı Donald Edvard Kalanikin olduğu qayıq qayaya çırpılaraq batmağa başlayıb. Qəza nəticəsində Kalanikin anası ölüb, atasının ağır vəziyyətdə olduğu bildirilir.

“Uber” şirkəti Kalanik və Qrett Kemp tərəfindən 2009-cu ildə yaradılıb. Şirkətin mənzil qərargahı San Fransisko şəhərində yerləşir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri