İyn
2017
13:53
121
14
1792
Virtual karabakh

Küveyt Qətər münaqişəsinin həllində vasitəçilik etmək niyyətindədir

6 İyn, 2017
13:53
1792

Küveyt Qətər münaqişəsinin həllində vasitəçilik etmək niyyətindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Doha Qətərlə əlaqələri kəsən Fars körfəzi ölkələrinə münasibətdə cavab tədbirləri görməyəcək və onları dialoqa çağırır.

Oxu.Az xəbər verir ki, bu barədə Qətərin xarici işlər naziri Məhəmməd Abdurrahman Al Tani Əl-Cəzirə telekanalına müsahibəsində bildirib. 

Nazirin sözlərinə görə, Qətər regionda gərginliyi azaltmaq naminə digər ölkələrin vasitəçiliyinə hazırdır. “Qətər inanır ki, qohum ölkələr arasında bu cür fikir ayrılığı dialoq yolu ilə həll olunmalıdır”, -deyə nazir vurğulayıb.

Al Taninin sözlərinə əsasən, bir qədər əvvəl Qətər əmirinin küveytli həmkarı ilə telefon danışığı olub. Söhbətdən sonra Qətər əmiri xalqa müraciətini təxirə salaraq, Küveytin vasitəçilik səylərinə imkan yaratmağı qərara alıb.

Xatırladaq ki, bazar ertəsi ilk olaraq Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terror təşkilatlarını dəstəkləməkdə təqsirləndirərək onunla bütün əlaqələri kəsdiklərini bəyan ediblər. Gün ərzində onlara Yəmən, Maldiv adaları, Liviya və Mavrikiya ada dövləti də qoşulublar.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri