27 
İyn
2017
22:03
17
475
4471
Virtual karabakh

50 miqrant səhrada öldü

27 İyn, 2017
22:03
4471

50 miqrant səhrada öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Afrikanın müxtəlif ölkələrinin vətəndaşı olan 50-yə qədər miqrantın Böyük Səhrada həlak olduğu təxmin edilir.

Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Miqrasiya Təşkilatı bildirib.

Təşkilatın məlumatına görə, 70-dən çox miqrant üç yük avtomobilində Böyük Səhranı keçərək Liviyaya çatmaq istəyiblər. Onlardan yalnız 23-ü Liviyaya çatmağı bacarıb. Sürücülər naməlum səbəblərdən digərlərini səhrada buraxıblar.

Agentliyinin məlumatına görə, səhrada qalan 15 miqrant susuzluqdan həlak olublar. Digərlərinin axtarışları davam edir.

Qeyd edək ki, Böyük Səhradan Liviyaya uzanan yol bir sıra Afrika ölkələrinin qaçqınları üçün adi marşrutdur. Onlar Liviyadan Avropaya getməyə çalışırlar.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri