21 
İyl
2017
16:01
31
406
31037
Virtual karabakh

Türkiyədə güclü zəlzələ: 70-dək sakin xəsarət aldı – VİDEO + FOTO + YENİLƏNİB

21 İyl, 2017
16:01
31037

Türkiyədə güclü zəlzələ: 70-dək sakin xəsarət aldı – VİDEO + FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bodrum yaxınlığındakı Yunanıstanın Kos adasında 205 türk turistin evakuasiyasına başlanılıb.

Bu barədə Oxu.Az Hürriyet-ə istinadən xəbər verir.

Bildirilir ki, Kosda zəlzələ nəticəsində tarixi minarə də dağılıb.

08:42

Türkiyənin Bodrum şəhərinin 70-dək sakini güclü zəlzələdən sonra xəstəxanalara müraciət edib.

Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, xəstəxanalara müraciət edənlərin əksəriyyəti zəlzələ zamanı təşviş içində evlərini tərk edən, pəncərədən atılan şəxslərdir. Onların arasında ciddi xəsarət alanların olmadığı qeyd edilir.   

Qeyd edək ki, Türkiyənin Egey dənizi sahillərində 6,7 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib.    

Zəlzələ yerin səthindən 10 km dərinlikdə baş verib.

Yeraltı təkanlar kiçik sunaminin baş verməsinə səbəb olub.

Zəlzələ daha çox Muğla əyalətinin Bodrum və Dacia şəhərlərində hiss olunub.  Muğla əyalətinin valisi Esengel Civelek dağıntıların ciddi olmadığını qeyd edib.  

04.42

Türkiyənin cənub-qərb sahillərində 6,7 bal gücündə zəlzələdən sonra ən azı səkkiz təkrar yeraltı təkan qeydə alınıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə  Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatında deyilir.

Ən güclü afterşok 5,1 bal gücündə olub.

Zəlzələdən təşvişə düşən bir neçə Muğla şəhər sakini özünü binadan atıb. Hazırda xəsarət alanların sayı dəqiqləşdirilir.

04:33

Egey dənizi sahilində baş güclü zəlzələ nəticəsində Yunanıstanın Kos adasında iki nəfər ölüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı France Presse agentliyi yayıb.

04:19

Türkiyənin Egey dənizi sahilində baş verən 6,7 bal gücündə zəlzələ kiçik sunamiyə səbəb olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə  Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatında deyilir.

Yeraltı təkanlar ən çox Bodrum şəhərində hiss olunub.

Hazırda daha güclü sunami təhlükəsi olduğundann şəhər sakinləri və turistlər dəniz kənarından yüksəkliklərə təxliyə edilirlər.

Bodrumda köhnə binalarda çatlar əmələ gəlib, şəhər işıqsız qalıb.

Hadisə zamanı xəsarət alan bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

03:15

Türkiyənin Egey dənizi sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Reuters nəşri məlumat yayıb.

Seysmoloqların məlumatına əsasən, zəlzələnin episentri Türkiyənin cənub-qərbində Bodrum şəhərindən 10,3 km aralı, dənizdə olub. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

Ölənlər və dağıntılar barədə məlumat yoxdur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri