25 
İyl
2017
09:27
73
40
1695
yuxarı
“Əl-Aksa” məscidinin girişindəki metal detektorlar götürüləcək
25 İyl, 2017
09:27
1695
73
40
“Əl-Aksa” məscidinin girişindəki metal detektorlar götürüləcək
Qüdsdə “Əl-Aksa” məscidinin girişindəki metal detektorlar götürüləcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti yazıb.
Məlumata görə, müvafiq qərar İsrail Təhlükəsizlik Kabineti tərəfindən qəbul olunub. Metal detektorları nəzarət kameraları əvəzləyəcək. Bununla əlaqədar İsrail polisi və təhlükəsizlik tədbirləri ilə məşğul olan şirkətlər arasında danışıqlar aparılıb.
Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, daha 1-i yaralanıb. Bundan sonra İsrail hökuməti “Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.
A.M.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
26 
Apr
2024
02:00
Dardanel boğazında gəmidə baş verən yanğın söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO
7
30
487
25 
Apr
2024
22:22
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
106
7
409