20 
Okt
2017
09:57
76
17
2285
Virtual karabakh

Kurts Avstriyanın ən gənc kansleri oldu

20 Okt, 2017
09:57
2285

Kurts Avstriyanın ən gənc kansleri oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriyanın daxili işlər naziri Volfqanq Sobotka ölkədə keçirilən parlament seçkilərinin yekun nəticələrini elan edib.

Oxu.Az-ın məlumatına əsasən, bülletenlər sonuncu dəfə sayıldıqdan sonra səsvermənin liderinin 31,5% səslə Avstriya Xalq Partiyasının (AXP) olduğu məlum olub. Qeyd edək ki, AXP-nin rəhbəri ölkənin 31 yaşlı xarici işlər naziri Sebastyan Kurtsdur.

Məlumata görə, Avstriyanın Sosial-Demokratik Partiyası 26,9% səslə ikinci yerdə qərarlaşıb.

Xatırladaq ki, Avstriyada oktyabrın 15-də vaxtından əvvəl parlament seçkiləri keçirilib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri