21 
Okt
2017
12:33
94
34
2613
Virtual karabakh

Milyarder Trampın impiçmenti üçün kampaniyaya başladı - VİDEO

21 Okt, 2017
12:33
2613

Milyarder Trampın impiçmenti üçün kampaniyaya başladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı milyarder Tom Stayer prezident Donald Trampın impiçmenti üçün kampaniya başlatdığını elan edib. 

Оxu.Az xəbər verir ki, milyarder bunu yayımladığı videoçarx vasitəsilə açıqlayıb. 

Videomüraciətdə Stayer Trampı ABŞ-ı nüvə müharibəsi ilə üz-üzə qoymaqda, Federal Axtarış Bürosunun ədalətinə mane olmaqda, konstitusiyaya məhəl qoymamaqda, digər ölkə hökumətlərindən pul almaq və  KİV-ləri bağlamaqla təhdid etməkdə ittiham edib: “Əgər bu təhlükəli prezidenti istefaya göndərmək üçün əsas deyilsə, o zaman bizim hökumət harada qaldı?”

Stayer bəyan edib ki, ABŞ konqresi Trampın təhlükə yaratdığını anlayır: “Ağıl tarazlığı yerində deyil, bununla yanaşı, nüvə silahı ilə silahlanıb”. 

N.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri