15 
May
2014
00:15
17
170
4783
Virtual karabakh

Türkiyədə baş verən qəzada ölənlərin 245 çatıb - FOTO

15 May, 2014
00:15
4783

Türkiyədə baş verən qəzada ölənlərin 245 çatıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müxalifətçilər 350 işçinin öldüyünü deyiblər.

Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 245 nəfərə çatıb. 

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə açıqlamanı Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız verib.

T.Yıldız bildirib ki, işçilərin sayı haqqında açıqlanan rəqəmlər mədən rəhbərliyi tərəfindən təqdim olunub. Hazırda 120 nəfər dağıntılar altındadır.

Onun sözlərinə görə, görülən işlər çərçivəsində mədəndən 370 nəfər çıxarılıb.

Qeyd edək ki, partlayışla bağlı ölkədə üç günlük matəm elan edilib və bu səbəbdən ölkə ərazisində bayraqlar yarıya endiriləcək. 

17:40

Türkiyənin Manisa vilayətinin Soma rayonu ərazisindəki kömür mədənində baş verən qəzada ölənlərin sayı 232-yə çatıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu rəqəmi baş nazir Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Lakin hadisə yerində olan müxalifətçi millət vəkilləri ölənlərin sayının daha çox olduğunu bildiriblər. Cümhuriyyət Xalq Partiyasının (CHP) hazırda Somada olan millət vəkilləri partiyanın lideri Kamal Kılıçdaroğluna ən azı 350 işçinin öldüyünü deyiblər.  

Kömür mədənində baş verən partlayış və yanğın zamanı içəridə 787 fəhlənin olduğu güman edilir. Bu səbəblə ölənlərin sayının daha da artacağı şübhə doğurmur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri