Apr
2018
21:56
17
405
4416
Virtual karabakh

Qəzzada gərginlik: Ölənlər var – VİDEO – YENİLƏNİB

6 Apr, 2018
21:56
4416

Qəzzada gərginlik: Ölənlər var – VİDEO – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəzza bölgəsində İsrail hərbçiləri ilə fələstinli etirazçılar arasında baş verən toqquşmada, altı fələstinli həlak olub.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, yaralıların sayı 1070 nəfərə çatıb.

İsrail hərbçiləri etirazçıları geri çəkmək üçün odlu silahlardan və gözyaşardıcı qazdan istifadə edib.

Zərərçəkənlərdən 218-nin güllə yarası aldığı bildirilir.

20:50

Qəzza bölgəsində ötən həftə baş vermiş qanlı toqquşmalardan sonra fələstinli fəallar yenidən İsrail sərhədinə yürüş etmək qərarına gəlib.

Oxu.Az  “BBC”yə istinadən xəbər verir ki, əsasən fələstinli gənclərdən ibarət etirazçıların keçirdiyi yürüşdə  İsrail hərbçiləri ilə qarşıdurma yaşanıb.

İsrail əsgərləri atəş açaraq azı üç fələstinlini qətlə yetirib.

İsrail hərbi komandanlığı əmin edir ki, əsgərlər yalnız  İsrail-Qəzza sərhədində olan divarı sökməyə çalışan fəallara atəş açıb.

“Böyük qayıdış” yürüşü iştirakçılarının İsrail hökumətindən əsas tələbi,  fələstinli qaçqınların öz doğma vətənlərinə qayıtmalarıdır.

İsrail yaranmış gərginliyə görə, “Həmas” hərəkatını günahlandırır.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri