20 
May
2014
14:19
101
57
26207
Virtual karabakh

Monika Belluççi Telman İsmayılovla sevişməsi barədə sualı cavablandırdı

20 May, 2014
14:19
26207

Monika Belluççi Telman İsmayılovla sevişməsi barədə sualı cavablandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İndi hər şey dəyişib, hətta nənələr də vurulur”.

Məşhur italyan aktrisası, Kann kinofestivalında iştirak edən Monika Belluççi maqazin mediasının onun şəxsi həyatına dair sualları ilə qarşılaşıb.

Oxu.Az Virtualaz.org saytına istinadən xəbər verir ki, İtaliyanın maqazin mediası ötən il əri fransız aktyoru Vensan Kasseldən boşanan və hazırda subay olan M.Belluççiyə yəhudi əsilli Azərbaycan milyarderi Telman İsmayılovla sevişdiyi barədə çoxdandır dolaşan şayiələri xatırladıblar.

Jurnalistlər ondan yeni sevgilisinin Telman İsmayılov olub-olmadığını soruşublar.

M.Belluççi bu şayiələrə münasibət bildirmək istəmədiyini, ancaq hazırda tək olduğunu, qızı ilə yaşadığını bildirib. Aktrisa deyib ki, sevgi onun həyatında həmişə başlıca rol oynayıb və yenidən sevməyə qarşı deyil. Hərçənd ki, aktrisa yenidən kimisə sevə biləcəyinə skeptik yanaşdığını da deyib.

“Sevgi mənim həyatımda mühüm rol oynayır, ona görə də mən yenidən sevə bilərəm. Əslində niyə də olmasın? İndi hər şey dəyişib, hətta nənələr də vurulur” - deyə M.Belluççi bildirib.

Xatırladaq ki, ötən il dünya mediasında yayılan şayiələrə görə, M.Belluççi ərindən məhz T.İsmayılovla olan sevgi münasibətlərinə görə boşanmışdı.

Bildirilirdi ki, M.Belluççi “AST Telman” ləqəbli T.İsmayılovla 2009-cu ildə Antalyada “Mardan Palace” otelinin açılışında tanış olub və o vaxtdan onunla görüşməyə başlayıb.

Lakin T.İsmayılovun oğlu mətbuata açıqlamasında demişdi ki, atası bu şayiələri gülüşlə qarşılayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri