12 
Sen
2018
23:22
366
29
5165
yuxarı
Türkiyə İdlibə silah tədarükünü sürətləndirdi
12 Sen, 2018
23:22
5165
366
29
Türkiyə İdlibə silah tədarükünü sürətləndirdi
Türkiyə Suriyanın İdlib əyalətindəki müxalif qüvvələrə silah tədarükünü sürətləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi silahlı müxalifətdəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, məqsəd İdlibdəki silahlılara Suriya ordusunun planlaşdırılan hücumunun qarşısını almaqda kömək etməkdir.
Mənbə qeyd edir ki, Ankara bu addımı Tehran sammitində Suriya ordusunun hücumunun təxirə salınması ilə bağlı anlaşma əldə olunmadığından atıb.
Türkiyənin göndərdiyi silah arasında “Qrad” reaktiv yaylım atəş sistemi üçün raket və mərmi başlıqları var.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək