13 
Sen
2018
00:54
431
33
9918
yuxarı
“Reuters”: Türkiyə İdlibə qoşun yeritdi
13 Sen, 2018
00:54
9918
431
33
“Reuters”: Türkiyə İdlibə qoşun yeritdi
Türkiyə ordusu Suriya ilə sərhəddə hərbi mövcudluğunu gücləndirir, habelə Suriya müxalifətinin nəzarətində olan İdlibdə mövqelərini möhkəmləndirir.
Oxu.Az xəbər veriri ki, bu barədə “Reuters” Türkiyə və Suriya müxalifətindəki mənbələrə istinadən məlumat yayıb.
Türkiyə güc strukturlarındakı mənbə bildirib ki, türk hərbçiləri İdlib daxilindəki 12 blok-postu möhkəmləndiriblər. Digər üç mənbə isə deyib ki, hərbçilər yalnız Suriya sərhədinə göndərilib.
“Bizim orada hərbi mövcudluğumuz var. Əgər bizə hücum etsələr, bunu Türkiyəyə hücum kimi qiymətləndirəcəyik və müvafiq hərbi cavab veriləcək”, - deyə mənbə bildirib.
Suriya müxalifətinin nümayəndəsi Mustafa Seraci isə bildirib ki, İdlibə onlarla döyüş maşını və yüzlərlə xüsusi təyinatlı gəlib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
27 
Apr
2024
06:01
Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı - VİDEO
13
3
374
27 
Apr
2024
01:50
Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB
15
23
934