29 
Okt
2018
10:57
110
23
5557
Virtual karabakh

Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək

29 Okt, 2018
10:57
5557

Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda prezidentliyə müstəqil namizəd olan Salome Zurabişvili səslərin 98,25%-nin hesablanmasından sonra 38,6% səslə qalib gəlib. 

Oxu.Az Gürcüstan KİV-ə istinadla xəbər verir ki, bununla bağlı məlumat Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. 

Qeyd edilib ki, Zurabişvilinin rəqibi “Vahid milli hərəkat” partiyasından olan namizəd Qriqol Vaşadze 37,35% səs toplayıb. Bununla da, namizədlər 50 faizlik baryeri aşmamaqla ikinci tura keçiblər. 

Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçirilib. Bu post uğrunda 25 namizəd mübarizə aparıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri