13 
Fev
2019
14:51
110
18
1492
Virtual karabakh

Dövlət Departamenti Ermənistanın Suriyadakı missiyasını dəstəkləmir

13 Fev, 2019
14:51
1492

Dövlət Departamenti Ermənistanın Suriyadakı missiyasını dəstəkləmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Dövlət Departamenti Ermənistanın Suriyadakı missiyasını dəstəkləmir.

Aysor.am xəbər verir ki, bu fikirlər ABŞ-ın Ermənistandakı səfirliyinin şərhində yer alıb. 

Dövlət Departamenti üçüncü ölkələrin Suriyada humanitar vəziyyətə yardım etmə istəklərini anlayışla qarşılayır. 

“Eyni zamanda, biz Suriya Silahlı Qüvvələri ilə istər humanitar, istərsə də hərbi sahədə əməkdaşlığı dəstəkləmirik. Bununla yanaşı, Ermənistan və Rusiyanın bu missiyanı həyata keçirmək üçün əməkdaşlığıq etməsinə dəstək vermirik”, - məlumatda bildirilib. 

Dövlət Departamentindən bildirilib ki, Rusiya tərəfinin Bəşər Əsəd hakimiyyəti ilə əməkdaşlığı “humanitar fəlakətə” gətirib çıxarıb, Rusiya isə “Əsəd rejiminin vəhşiliklərini dəstəkləməyə davam edir”.

“Sputnik Ermənistan”ın məlumatına görə, dünən Ermənistan müdafiə naziri David Tonoyan maraqlı açıqlamalarla çıxış edib. O bildirib ki, erməni hərbçilər Suriyadakı hərbi əməliyyatlarda iştirak edə bilər. 

“Əgər hərbi əməliyyatlarda iştirak lazım gəlsə, Ermənistan qanunauyğun olaraq, bunu edəcək”, - Tonoyan deyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri