14 
Fev
2019
17:38
458
33
8970
Virtual karabakh

Belarus Ermənistana ultimatum verdi

14 Fev, 2019
17:38
8970

Belarus Ermənistana ultimatum verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katibin təyinatı məsələsi tez bir zamanda həll edilməlidir. 

“Sputnik Belarus”un məlumatına görə, bu fikirləri Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz jurnalistlərə açıqlamasında deyib. 

“KTMT artıq uzun müddətdir ki, baş katibsiz işləyir. Bu vəziyyət təşkilatın xeyrinə deyil və tez bir zamanda həll edilməlidir”, - Qlaz qeyd edib.

XİN nümayəndəsi xatırladıb ki, Astana və Sankt-Peterburqda keçirilən görüşlərdə dövlət başçıları Stanislav Zasın namizədliyini təsdiqləyiblər. 

“Hələ ötən ilin dekabrında KTMT katibliyi Stanislav Zasın baş katib təyin edilməsi layihəsini hazırlayıb. O, beş ölkədə dövlət başçıları ilə görüşlər keçirib və onların hamısı onun namizədliyini dəstəkləyib”, - XİN nümayəndəsi bildirib. 

O əlavə edib ki, Belarus Ermənistan baş naziri Nikol Paşinyanın parlament seçkiləri və hökumətin yeni tərkibini müəyyənləşdirmə səbəbindən namizədlə görüşə bilməməsini anlayışla qarşılayıb. 

Bununla yanaşı, Belarus tərəfi Yerevanın yaxın vaxtlarda S.Zasla görüşəcəyinə ümid edir. 

Minsk qarşılıqlı anlaşmaya ümid edir, eləcə də bildirir ki, baş katib postu “hoteldə nömrə seçkisi deyil ki, əvvəlcədən bron edilsin”. XİN nümayəndəsi hesab edir ki, bütün ölkələr bu məsələnin həllində maraqlıdır. 

Xatırladaq ki, son vaxtlar Minsklə Yerevan arasında KTMT baş katibliyi ilə bağlı fikir ayrılığı mövcuddur. 

Bu, Ermənistanın KTMT-dəki nümayəndəsi, eləcə də, təşkilatın baş katibi Yuri Xaçaturovu geri çağırması ilə bağlı olub. 

Belarus bu posta namizəd kimi Təhlükəsizlik Şurasının baş katibi Stanislav Zası təklif edib. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri