13 
Sen
2014
16:27
51
88
7385
Virtual karabakh

11 yaşında ərə verilən və 20 kişi tərəfindən zorlanan kraliça - FOTO

13 Sen, 2014
16:27
7385

11 yaşında ərə verilən və 20 kişi tərəfindən zorlanan kraliça - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sonradan əmri altında olan quldurlara onu zorlayanlar da daxil olmaqla, 22 nəfəri öldürüb.

Hindistanda başına olmazın müsibətlər gələn qadının həyatı sonradan unudulmaz dastana çevrilib. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, həmin qadın qəddarlığı və əzazilliyilə insanların qorxusuna çevrilib.

Belə ki, 11 yaşında zorla evləndirilən Fuland Devinin gənckən başına olmazın müsibət gəlib. O, 14 yaşında olarkən gecə kütləvi şəkildə zorlanıb. Ona 20-dən çox kişi təcavüz edib. Daha sonra əri tərəfindən döyülərək qovulan Fuland gənc bir kişi tərəfindən himayəsinə götürülüb. Sonradan onların arasında məhəbbət qığılcımları alovlanıb. Lakin yenə də Fulandın bəxti gətirməyib. Onu gənc yaşlarında sevgilisi öldürülüb.

Yaşadığı kənddən qaçan Fuland sonradan həyatını dəyişir. Qadın həyatın zərbələrindən qəddarlaşır. İndi onu “Quldurlar kraliçası” adlandırırlar. Başına çoxlu döyüşçü toplayan Fuland Devi zorlandığı kəndə qayıdıb. Əmri altında olan quldurlara onu zorlayanlar da daxil, 22 nəfəri öldürüb. Kənddə törətdiyi qətliama görə polis tərəfindnə təqib olunan Fuland uzun mübarizədən sonra həbs olunub.

11 il həbs həyatı yaşayan Fuland Devi, sonradan səs çoxluğu ilə millət vəkili seçilib. Uzun müddət millət vəkili olan Fuland Devi deputatlığı dövründə bir çox xeyriyyə işləri görüb. Lakin o, nə qədər yaxşı iş görsə də, quldurluğu dövründə törətdiyi qətliamları unutdura bilməyib.

İndi də hamı onu “Quldurlar kraliçası” kimi tanıyır. Onun həyatını əks etdirən film də çəkilib. Yaxın vaxtlarda həmin filmin nümayişi gözlənilir.

Fuland Devinin həyatının bir qismini əks etdirən fotoları təqdim edirik:

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri