20 
Okt
2014
14:20
11
86
7412
Virtual karabakh

Afrikada Ebola virusunu yayan heyvan məlum oldu – FOTO

20 Okt, 2014
14:20
7412

Afrikada Ebola virusunu yayan heyvan məlum oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəstəlikdən ilk ölən Qvineyada vəhşi heyvan əti yemiş uşaq olub.

Afrikanın qərbində Ebola virusunun yaranmasına meyvə yeyən yarasa səbəb olub, Britaniyanın The İndependent mətbu orqanı yazır, Oxu.Az xəbər verir.

Xəstəliyin ilk qurbanı Qvineyanın cənub-şərqində 2 yaşlı uşaq olub. O, vəhşi heyvanın ətini yeyib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, meyvə yarasaları Ebola virusunun təbii mənbələridir.

Meşəçilik sahəsində beynəlxalq araşdırmalar mərkəzi hesablayıb ki, hər il Konqo çayı hövzəsində (Afrika) 5 milyon ton vəhşi heyvan əti yeyilir (yarasalar, şimpanze, qorilla və sair).

Xatırladaq ki, indiyədək Qərbi Afrikada Ebola virusundan 4,5 min nəfər həlak olub. Ümumilikdə 9 minə yaxın insan yoluxub. Ölüm halları daha çox Qvineya, Liberiya və Syerra-Leonedə yayılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri