18 
Okt
2014
10:25
57
11
1632
Virtual karabakh

Seneqalda Ebola epidemiyası dayandırılıb

18 Okt, 2014
10:25
1632

Seneqalda Ebola epidemiyası dayandırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Epidemiya 42 gün ərzində yeni yoluxma halı qeydə alınmasa, ləğv edilmiş hesab edilir.

Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, Seneqal Ebola epidemiyasının qarşısının alındığı ilk ölkədir.

Oxu.Az bu barədə Agence France-Press-ə istinadən xəbər verir.

ÜST-nin bəyanatında qeyd edilir ki, Seneqalda bu xəstəliyə son yoluxma hadisəsi avqustun 29-da qeydə alınıb, bundan sonra yoluxmanın rəsmi qeydiyyatı olmayıb.

Nigeriyada isə epidemiyanın dayanmasını bir müddət sonra - 20 oktyabrda qeyd etmək mümkündür.

Əgər ölkədə 42 gün ərzində yeni yoluxma hadisəsi qeydə alınmasa, Ebola virusu dəf edilmiş hesab edilə bilər.

Ebola virusunun qığılcımı Qvineyada 2014-cü ilin fevralında qeydə alınıb. Sonradan Syerr-Leon, Liberiya, Nigeriya, Konqo Demokratik Respublikasında və Seneqalda aşkarlanıb. Virusa yoluxma halları ABŞ və Avropada da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ümumilikdə Ebola virusuna 8,5 min adam yoluxub, onlardan 4 mindən çoxu həlak olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri