13 
Noy
2014
13:13
12
37
1900
Virtual karabakh

Presli və Brandonun portretləri hərracda 151 milyona satılıb

13 Noy, 2014
13:13
1900

Presli və Brandonun portretləri hərracda 151 milyona satılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Üçüncü Elvis”ə 81 milyon dollar qiymət qoyulub.

Pop-art kralı Endi Uorhol tərəfindən musiqiçi Elvis Presli və aktyor Marlon Brandonun portretləri hərracda 151,5 milyon dollara satılıb.

Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, şəkillər Nyu-Yorkda Christie's hərracında satılıb.

“Üçüncü Elvis” əsəri 1963-cü ildə yaradılıb, onu 81,9 milyon dollara satıldı.

İki metrdən artıq hündürlüyü olan rəsm əsəri “Bərq vuran ulduz” filminin reklam plakatından çəkilib, burada Elvis əlində tapança olan kovboy kimi təsvir edilib.

“Dörd Marlon” əsəri, 1966-cı ildə yaradılıb, hərracda 69,6 milyon dollara satılıb. Bu əsər üçün Uorhol məşhur amerikalı aktyorun “Vəhşi” filminin qəhrəmanının obrazından istifadə edib.

Hərrac təşkilatçıları hər əsər üçün 60 milyon dollara yaxın gəlir alacaqlarına ümid edirdilər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri