Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İran dövlət teleradioyayım şirkətinə haker hücumu olub
Cümə axşamı İranın dövlət yayım şirkəti olan İRİB-ə daxil olan bir neçə televiziya və radio yayım stansiyaları kiberhücuma məruz qalıb.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
İRİB-in “Birinci Kanal”ında canlı yayım zamanı efir bir anlıq dayanıb və ekranda terror təşkilatlarından birinin liderinin şəkli peyda olub.
“Ava” radiostansiyasında isə bir neçə saniyə ərzində terrorçuların şüarları səsləndirilib. Oxşar hadisələr İRİB şirkətinə daxil olan “Quran”, “Payam” və “Cavan” radiostansiyalarında da baş verib.
Şirkətin texniki direktor müavini Reza Əli Dadi bəyan eidb ki, hücum “İranın infrastrukturuna zərbə endirmək cəhdidir”.
Faktla bağlı araşdırmalara başlanılıb.
Mənbə: TASS
Rəylər