Yan
2015
23:19
17
413
9434
Virtual karabakh

Xodorkovski Məhəmməd peyğəmbərə qarşı karikaturalar yaymağa çağırıb

7 Yan, 2015
23:19
9434

Xodorkovski Məhəmməd peyğəmbərə qarşı karikaturalar yaymağa çağırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah bütün nəşrlərdə Məhəmməd peyğəmbərə qarşı karikatura olmalıdır”.

“ЮКОС” neft şirkətinin eks sahibi, məşhur rusiyalı ictimai xadim və publisist Mixail Xodorkovski müsəlmanları qıcılandıracaq təklif irəli sürüb. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Twitter səhifəsində bütün Kütləvi İnformasiya Vasitələrini Məhəmməd peyğəmbərə qarşı karikaturalar yaymağa çağırıb. 

Xodorkovski bu gün Parisdə baş verən terror aktına münasibətini belə bildirib:

“Əgər jurnalistlərin birliyi varsa, səhər çıxacaq bütün nəşrlərdə Məhəmməd peyğəmbərə qarşı karikatura olmalıdır”. 

Qeyd edək ki, bu gün Parisdə Məhəmməd peyğəmbərin karikaturasını dərc edən “Şarli Ebdo” jurnalının redaksiyasına hücum olub. Nəticədə baş redaktor daxil olmaqla 13 jurnalist dünyasını dəyişib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri