Yan
2015
13:15
13
95
4575
Virtual karabakh

Xodorkovski Kadırova cavab verdi

9 Yan, 2015
13:15
4575

Xodorkovski Kadırova cavab verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizi qorxutmaq olmaz”.

YUKOS-un keçmiş rəhbəri Mixail Xodorkovski  “Charlie Hebdo” nəşrinə hücumla bağlı səsləndirdiyi fikirlərlə bağlı Çeçenistanın lideri Ramzan Kadırovun hədələrinə cavab verib. 

“Çeçenistan respublikasınını rəhbəri Ramzan Kadırov məni şəxsi düşməni elan edib və ümid edib ki, mənimlə hesab çəkməyə “könüllülər” tapılacaq. Mən Vladimir Putinin sədaqətli tərəfdaşının hədəsini eşitdim və diqqətə aldım. Bu hədə öz mahiyyəti ilə Parisdə baş verən terror aktından heç nə ilə fərqlənmir. Onun məqsədi – qorxutmaq, səsdən məhrum etmək, sözü dayandrmaqdır. Amma mən dünən dedim və bu gün də təkrar edirəm: bizi qorxutmaq olmaz. Biz söz azadlığını  - müasir cəmiyyətin əsas dəyərini qoruyacağıq. Əminəm ki, əksər müəslmanlar bu mövqeyi anlayır və dəstəkləyir”, - Xordokovski “Otkrıtaya Rossiya” saytında yazıb.

Oxu.Az-ın Rusiya KİV-nə  istinadən verdiyi məlumata əsasən, Xordokovski izah edib ki, “o, jurnalistlərin qəddar və mənasız qətlinə dərhal reaksiya verərək dünya KİV-ni həmrəyliyə çağırıb”, belə ki, “terrorçuların öz vəhşi ideyalarına nail ola bilməyəcəklərini, bu hərəkətin cavabının birləşməkdə və söz azadlığının müdafiəsində olmasını göstərmək istəyib”.

“Mənim bəyanatıma cavab olaraq Kremldən olan təbliğatçılar, qatillərin sözünə uyaraq müsəlmanlara hörmətsizlik etmək istəmədiklərini göstərməyə çalışan” kampaniyaya başladılar, YUKOS-un keçmiş rəhbəri bildirib.

Mixail Xordokovski qeyd edib ki, terrorçular “Charlie Hebdo” nəşrinə “yalnız yumor üçün qadağan olunmuş mövzunun olmadığını düşünnələri susdurmaq üçün deyil, eləcə də yüz minlərlə digər adamları susdurmaq üçün” hücum ediblər. “Kreml təbliğatçıları fanatiklərin mənim üstümə salmaqla nahaq səy göstərirlər. Mən əminəm ki, müsəlmanların əksəriyyəti insanların həlak olmasına heyfsilənir və mənim həmrəylik və dəstəyə çağırış kimi qəbul edirlər çağırışıma ram olmadan imtina kimi yanaşırlar”, - o hesab edir.

Parisdə “Charlie Hebdo” həftəlik satirik jurnalının redaksiyasına hücum yanvar ayının 7-də baş verib. Silahlı insanlar Kalaşnikov avtomatlarından redaksiyannı əməkdaşlarını güllələyiblər. Nəticədə 12 nəfər həlak olub, 11 nəfər yaralanıb. Fransanın hüquq-mühafizə orqanları şübhəli bilinən Səid və Şərif Kuaşi qardaşlarının axtarışlarını davam etdirir.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri