Fev
2015
12:26
17
87
2892
Virtual karabakh

Permyakov Gümrüdə mühakimə olunacaq

3 Fev, 2015
12:26
2892

Permyakov Gümrüdə mühakimə olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tərəflər razılığa gəliblər”.

Ermənistanın Gümrü şəhərində bir ailənin qətlində şübhəli bilinən rusiyalı əsgər Valeri Permyakovun məhkəməsi Rusiya hərbi bazasının ərazisində, şəhərin hərbi qarnizon məhkəməsində keçiriləcək, Oxu.Azİnterfaks”a istinadən xəbər verir

“Tərəflər məhkəmə prosesinin Gümrüdə, Rusiyanın 102-ci bazasının qarnizon hərbi məhkəməsində keçirilməsi barədə razılığa gəliblər”, - deyə, mənbə bildirib.

Bu qərar Ermənistanın şimalında yerləşən hərbi bazanın statusu haqqında ikitərəfli saziş əsasında qəbul edilib.

Xatırladaq ki, yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvü güllələnib.

Cinayəti Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov törədib.

O, Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb. İnsident zamanı Avetisyanlar ailəsinin müxtəlif xəsarətlər alan 6 aylıq üzvü Seryoja Avetisyan isə yanvarın 19-da ölüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri