22 
Apr
2015
09:15
141
30
15130
Virtual karabakh

WhatsApp iPhone üçün zəng funksiyasını işə saldı

22 Apr, 2015
09:15
15130

WhatsApp iPhone üçün zəng funksiyasını işə saldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zəngləri həm Wi-Fi, həm də mobil şəbəkə vasitəsi ilə etmək olar.

Dünyada ən məşhur mobil messenger WhatsApp İOS interfeysi olan telefonlar üçün səsli zəng funksiyasını işə salıb.

Oxu.Az xəbər verir ki, WhatsApp-ın yenilənmiş versiyasında “Zənglər” əlavəsi var, onun yardımı ilə istifadəçilər öz kontaktlarından istədiklərinə, yeni versiyanı yükləyən iPhone istifadəçilərinə zəng edə bilərlər.

Zənglər avtomatik olaraq qadcetin sahibinin ekranına çıxır, hətta əgər qurğu aktiv olmasa belə. Zəngləri həm Wi-Fi, həm də mobil şəbəkə vasitəsi ilə etmək olar.

İOS istifadəçiləri WhatsApp-ın “Zənglər” funksiyasından bəhrələnmək üçün Apple Store-dan WhatsApp-ı yeniləməlidirlər.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri