İyl
2015
12:53
32
154
7176
Virtual karabakh

“Çorrod işxanutyun”: Ermənistana Azərbaycan malları gətirilir

4 İyl, 2015
12:53
7176

“Çorrod işxanutyun”: Ermənistana Azərbaycan malları gətirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fakt nəzərə alınmalıdır”.

Ermənistana Azərbaycan malları gətirilir.

Oxu.Az xəbər verir ki, bu barədə erməni qəzeti “Çorrod işxanutyun” yazır.

“Doğrudur, idxalın həcmi kiçikdir, amma fakt nəzərə alınmalıdır. Azərbaycan mallarının Ermənistana aparılması Ermənistan Maliyyə Nazirliyinin gömrük xidmətinin 2014-cü il üçün hesabatından görünür, bu hesabata müvafiq olaraq gətirilən malın həcmi 600 dollar dəyərindədir.

Ehtimal edilir ki, xalça gətirilib. Yeri gəlmişkən, 2011-ci ildə Ermənistana Azərbaycan istehsalı olan 8,5 min dollar dəyərində xalçalar aparılıb”, - qəzet yazır.

Öz növbəmizdə qeyd edək ki, Azərbaycan heç bir erməni malını buraxmır.

Belə ki, bu ilin iyun ayında Azərbaycan sərhədçiləri tərəfindən Azərbaycana 8 ton erməni istehsalı olan kənd təsərrüfatı mallarının gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 3 fakt üzrə 8130 kq ərik Tovuz gömrük idarəsinin “Sınıq körpü” gömrük məntəqəsində saxlanılıb. İlkin istintaq zamanı malın Ermənistandan gətirildiyi aşkar edilib.

İstehsalçı ölkəni müəyyənləşdirən sənədlərin olmadığı aşkar edilməsə də, malın erməni istehsalı olmasına dair yetərincə dəlil olduğu üçün nəqliyyat vasitələri saxlanılaraq ölkəyə idxalın qarşısı alınmışdı.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri