26 
Mar
2024
03:18
35
155
3450
yuxarı
Arnold Şvartsenegger əməliyyat olundu
26 Mar, 2024
03:18
3450
35
155
Arnold Şvartsenegger əməliyyat olundu
Məşhur aktyor Arnold Şvartsenegger “Men's Health”ə açıqlamasında ürəyindən əməliyyat olunduğunu deyib.
Onun sözlərinə görə, ürəyinə kardiostimulyator quraşdırılıb.
Sənətçi əməliyyatdan sonra robotlara daha yaxın olduğunu bildirib.
Şvartsenegger qeyd edib ki, doğulduğu Avstriyada öz sağlamlığı və digər problemlərindən danışmaq adət deyil.
Məşhur vurğulayıb ki, əməliyyata görə ağır fiziki fəaliyyəti dayandırıb. Lakin o, bir aydan sonra məşqlərə qayıtmağı planlaşdırır.
Qeyd edək ki, Şvartsenegger ilk dəfə 1997-ci ildə ürək əməliyyatı keçirib. Sənətçi 2018 və 2020-ci illərdə də oxşar əməliyyatlara məruz qalıb. O, anadangəlmə ürək qüsuru - ikiüzlü aorta qapağı ilə doğulub.
Mənbə: gazeta.ru
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Şou-biznes xəbərləri
25 
Apr
2024
23:34
Könül Kərimova cavanlaşma əməliyyatı barədə: “Deyirəm, heç kəs inanmır” - FOTO
32
281
4875
25 
Apr
2024
20:32
Məşhur aparıcı Aleksandr Maslyakovun işindən getmə səbəbi açıqlandı - FOTO
81
10
2236