18 
Apr
2024
12:46
10
132
603
Virtual karabakh

Qazaxıstanda daşqınlar nəticəsində yeddi nəfər ölüb

18 Apr, 2024
12:46
603

Qazaxıstanda daşqınlar nəticəsində yeddi nəfər ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanda yeddi nəfər daşqınların qurbanı olub.

Bu barədə respublikanın daxili işlər nazirinin birinci müavini Marat Kojayev məlumat verib.

“Atırau vilayətində dörd nəfər, Türküstan bölgəsində isə bir azyaşlı uşaq boğularaq ölüb”, - deyə Kojayev bildirib.

O, həmçinin aprelin əvvəlində Ayaqoz rayonunda çay axınının apardığı traktorda boğulan iki nəfəri də daşqın qurbanları sırasına daxil edib.

Xatırladaq ki, aprelin əvvəlində Qazaxıstanın bölgələri daşqınla üzləşib. Aprelin 17-nə qədər ölkənin bir sıra bölgələrində təxliyə elan edilib, xilas və təxliyə olunan qazaxıstanlıların sayı 116 mini keçib.

Mənbə: orda.kz

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri