Avq
2015
11:40
16
43
2025
Virtual karabakh

“Kolorado atıcısı”na ölüm hökmü oxuna bilər

4 Avq, 2015
11:40
2025

“Kolorado atıcısı”na ölüm hökmü oxuna bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məhkəmə Holmsu ittihamın 165 maddəsi üzrə təqsirli bilib.

Andlılar məhkəməsi 2012-ci ildə kinoteatrda kütləvi güllələmədə təqsirli bilinən Ceyms Holmsın işinə dair yumşaldıcı dəlilləri edam hökmünün istisna edilməsi üçün yekdilliklə yetərsiz hesab edib.  

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, münsiflərin iclasında andlılar hakimə müdafiə və ittiham tərəfinin arqumentlərinə nəzərən Holmsun təqsirinin ağırlığına dair öz çıxarışlarını təqdim ediblər.  

Onlar yumşaldıcı dəlillərin günahın ağırlığından üstün olmadığını etiraf ediblər.

Bu qərardan sonra məhkəmə iclası son mərhələyə keçid alır. Burada tərəflərin verdikləri son ifadələr dinlənilir və qərar qəbul edilir.

Daha öncə məhkəmə Holmsu ittihamın 165 maddəsi üzrə təqsirli bilib.

2012-ci ildə Holms Kolorado ştatının Avrora şəhərində kinoteatrda “Zülmət cəngavəri: Əfsanənin dönüşü” filminin nümayişi zamanı atəş açaraq 12 nəfəri öldürüb və 70 nəfər isə yaralanıb.  

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri