Türkiyənin “Qalatasaray” və “Fənərbağça” futbol klubları arasında keçiriləcək mümkün çempionluq görüşü üçün satışa çıxarılan biletlər bir gündə satılıb.
Məlumata görə, biletlərin qiyməti 1,3-30 min türk lirəsi arasında olub.
Türkiyə mediasının xəbərinə görə, “Qalatasaray” azarkeşləri tarixdə bir ilk olacaq xoreoqrafiya hazırlamağa başlayıblar.
Qeyd edək ki, mayın 19-da keçiriləcək görüş Bakı vaxtı ilə 20:00-da start götürəcək. Bu qarşılaşmada heç-heçə qeydə alınarsa və ya “Qalatasaray” qalib gələrsə, 2023/24 mövsümünün çempionu olacaq.
Mənbə: Sporx.com
Rəylər