31 
Avq
2015
20:51
102
29
4077
Virtual karabakh

“Əli”nin sevgilisini qaytardılar

31 Avq, 2015
20:51
4077

“Əli”nin sevgilisini qaytardılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heykəllər quraşdırılıb, indi sınaqdan keçirilir”.

Batumidə “Əli və Nino” heykəllərini yenidən birləşdirdilər, amma məşhur hərəkət edən heykəl sınaq rejimində işləyir.

Oxu.Az xəbər verir ki, bu barədə Batumi bulvarının administrasiyasının direktoru Georgi Zirakaşvili bazar ertəsi avqustun 31-də bildirib.

“Əli və Nino” heykəlləri son illərdə Batuminin vizit kartına çevrilib. Heykəlin zədələnməsi xəbəri Gürcüstan sosial şəbəkələrində partlayış yaradıb.

Şəbəkədə abidəyə Batumi bulvarının 20 metr daxilinə aparılan zaman trosunun qırılması nəticəsində zərər dəydiyi bildirilsə də sosial şəbəkə istifadəçiləri bunun bilərəkdən edildiyini deyirlər.

“Heykəllər quraşdırılıb və bu gün səhərdən sınaqdan keçirilir. Bu, hər şeyin düzgün funksiya göstərdiyini yoxlamaq üçün adi diaqnostikadır. Biz sınağın başa çatmasını gözləyirik. Ola bilər ki, hər şey tamamilə sabah günortaya başa çatsın”, - Zirakaşvili “Novosti Qruziya”nın müxbirinə bildirib.

Demontajı 185 min lari məbləğində (79 min dollara yaxın) tenderi qazanan “Arnabi 21” şirkəti həyata keçirir. Demontaj zamanı “Nino”nun heykəlinə dəyən zərəri şirkət ödəyib, Zirakaşvili bildirib.

“Əli və Nino” heykəlini köçürmək barədə qərar bir neçə ay öncə təməlinin sudan korlandığı aşkar edildikdə qəbul edilib. İndi heykəl dəniz sahilindən 50 metr uzaqlıqdadır.

Məhəbbət heykəli adlanan “Əli və Nino” heykəlini 2011-ci ildə Batumi bulvarının başlanğıcında quraşdırıblar. Turistlər tərəfindən sevilən heykəlin müəllifi Tamar Kvesitadzedir.

İki nəhəng qadın və kişi fiquru Əli və Ninonu tərənnüm edir – bu, müxtəlif millətlərə və dinlərə aid olan, amma məhəbbətləri, sevgiləri vəziyyətdən üstün olan qız və oğlandır. Heykəlin yaradılmasında gürcü heykəltəraşının ilham mənbəyi Qurban Səidin azərbaycanlı oğlanın gürcü qızına məhəbbətini tərənnüm edən əsəri olub.

Yeddi metrlik heykəllər yalnız öz tarix və ölçüləri ilə yadda qalan deyillər. Hər axşam hər 10 dəqiqədə vəziyyətlərini dəyişərək və birləşənə qədər bir-birinə qarşı irəliləyirlər. Bundan sonra, geri qayıdır və yenidən birləşirlər.

E.Ə.
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri