Mar
2017
10:51
180
22
5667
Virtual karabakh

Dörd yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur – FOTO + VİDEO

8 Mar, 2017
10:51
5667

Dörd yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəravtoyol” ASC Ağdaş rayonu Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağ avtomobil yolunun yenidən qurulması işlərinə start verib. 

Qurumdan Oxu.Az-a verilən məlumata görə, yenidənqurma işlərinin aparıldığı bu yolun ümumi uzunluğu 34 km-dir. Tikinti işləri çərçivəsində yolun eni mövcud 6-7 metrdən 10 metrə qədər genişləndirilir.

Hazırda ərazidə yol yatağının yararsız qruntu ərazilərdən asılı olmaqla qazılaraq çıxarılır, əvəzinə yeni yol yatağının və yol əsasının tikintisi işləri aparılır. Yol əsası hazır olandan sonra yola ikiqat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə  200 min kv. metrdən çox sahənin asfaltlanması nəzərdə tutulur.

Layihə çərçivəsində yolun hər bir istiqamət üzrə çiyinlərinin eni 2 metr, hərəkət hissəsi isə 6 metr olacaq. Bir gediş və bir gəliş olmaqla 2 hərəkət zolağından ibarət olacaq yol IV texniki dərəcəyə uyğun olaraq tikilir.

Bundan başqa, tikinti işləri zamanı avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 120 ədəd müxtəlif diametrli suötürücü boruların quraşdırılması işləri də aparılacaq.

Avtomobil yolunun əsaslı şəkildə bərpası 4 yaşayış məntəqəsinin sakinlərinin gediş-gəlişini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşınması asanlaşacaq.

Tikinti işləri bitdikdən sonra yolda nəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri