Haqqımızda

“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir.

Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ xəbərlər, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.

Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

KEYFİYYƏT, ƏMƏYİN VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ ÜZRƏ SİYASƏT

Azərbaycan Respublikasında fəaliyyət göstərən operativ və dəqiq məlulmatın təmin edilməsi ilə seçilən «OXU.AZ» MMC olaraq fəaliyyət sahəmizdə ətraf mühitin qorunması və əməyin təhlükəsizliyi önəmli yer tutur.

“OXU.AZ” MMC keyfiyyət, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində aşağıdakı əsas prinsipləri rəhbər tutur:

  • Beynəlxalq standartların tələblərinə uyğunluğun təmin edilməsi;
  • Müasir metodikalardan istifadə etməklə, yüksək keyfiyyətli, təhlükəsiz və tələblərə uyğun xidmətin vaxtında təmin edilməsi və müştəri məmnunluğunun qazanılmasını;
  • Xidmətin idarəolunması, planlaşdırma və monitorinq metodlarının təkmilləşdirilməsini, infrastrukturun yaxşılaşdırılmasını;
  • Bazarın dəyişikliklərinə çevik uyğunlaşmanın təmin olunmasını və rəqabət qabiliyyətliliyinin artırılmasını;
  • Personalın səriştəliliyinin, təhlükəsizliyinin və qərarların qəbulunda iştirakının təminini;
  • Fəaliyyətdə risk və proses yanaşmasının tətbiqi;
  • Təchizatçılarla uzunmüddətli və səmərəli münasibətlərin formalaşdırılmasını;
  • Fəaliyyət çərçivəsində yerli qanunvericiliyin tələblərinə riayət edilməsini;
  • Əməyin təhlükəsizliyi və ətraf mühitə təsir amillərinin idarəolunmasını;
  • İstehlakçıların məmnunluğunun və təhlükəsizliyinin təmin olunması idarəetməsinin təkmilləşdirilməsini;
  • IMS –nin daimi təkmilləşdirilməsini.



27.12.2022-ci il tarixində, "Oxu.az" xəbər saytı İSO-9001, İSO-14001, İSO-45001 beynəlxalq sertifikatlarına layiq görülmüşdür.

Əlaqə:

Ünvan: Azərbaycan, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 75. Winter Park Plaza. 10-cu mərtəbə, 1002
Telefon: (012) 525-49-00, (055) 224-76-86
E-mail: [email protected], [email protected]