14 
Mar
2017
10:15
12
129
979
Virtual karabakh

Bakı-Qazax magistralında Türkiyə vətəndaşını avtomobil vurub

Bakı-Qazax magistralında piyadanı avtomobil vurub.

Oxu.Az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyə vətəndaşı, TIR yük avtomobilinin sürücüsü, 1995-ci il təvəllüdlü Konuklar Mehmed Ahmed oğlu avtomobildən düşərək yolu keçmək istəyərkən “VAZ 21010” markalı avtomobillə vurulub. Hər iki baldır sümüklərinin sınığı xəsarəti alan Türkiyə vətəndaşı əvvəlcə Tovuz Mərkəzi Rayon Xəstəxanasına, oradan isə Gəncədə olan özəl xəstəxanaların birinə aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

A.M.

www.oxu.az

Digər Avto-Moto xəbərləri