18 
Apr
2017
20:59
137
70
3192
Virtual karabakh

Evakuator bu dəfə avtomobil yox, ev daşıdı – VİDEO

18 Apr, 2017
20:59
3192

Evakuator bu dəfə avtomobil yox, ev daşıdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Ələt yolunda evakuatorun dəmir konstruksiyalı evi aparması lentə alınıb.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, görüntülərə əsasən, evin eni təxminən üç, hündürlüyü isə iki metrdən çoxdur. Yəni ev evakuatorun yedəyindən hər iki tərəfdən bir metrə qədər kənara çıxıb.

Kadrları izləyən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, evakuator sürücüsü həm özü, həm də digər hərəkət iştirakçıları üçün böyük təhlükə yaradır.

Əgər yük nəqliyyat vasitəsinin kənarlarından, onun qabarit enindən 40 sm-dən çox xaricə çıxarsa, yükə xüsusi işarələnmə tətbiq edilməlidir və yolda hərəkəti üçün də icazə alınmalıdır. 

Sözügedən təhlükəli vəziyyətə görə təkcə sürücü yox, həm də yük daşıyan şirkəti cərimə gözləyir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri