Avq
2017
23:21
144
584
65828
Virtual karabakh

Bakıda “Gelandewagen” yandı, üç nəfər öldü – YENİLƏNİB + VİDEO + FOTO

3 Avq, 2017
23:21
65828

Bakıda “Gelandewagen” yandı, üç nəfər öldü – YENİLƏNİB + VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü və bir piyada ölüb, bir nəfər isə yaralanıb.

“Mercedes Gelandewagen”in sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

23:13

Bakının Heydər Əliyev prospektində dəhşətli yol nəqliyyat hadisəsi nəticəsində üç nəfər dünyasını dəyişib. 

Oxu.Az-ın məlumatına görə, qəzanı törədən avtomobil isə yanıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirlirliyinin yanğınsöndürənləri gəlib.

22:26

Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. 

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, “Mercedes Gelandewagen” markalı avtomobil paytaxtın Heydər Əliyev prospekti ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və “VAZ 21015” markalı avtomobilə arxadan  çırpılıb.

Daha sonra “Mercedes Gelandewagen” yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb.

Qəza zamanı piyadanın da vurulduğu bildirilir. Qəza nəticəsində “Mercedes Gelandewagen”in sürücüsü də daxil olmaqla, iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

22:03

Hazırda paytaxtın Nərimanov rayonunda, Heydər Əliyev prospektində minik avtomobili yanır.

Oxu.Az-ın Trend-ə istinadən məlumata görə, yanğının söndürülməsi üçün hadisə yerinə yangınsöndürən maşınlar cəlb olunub.

Avtomobilin hansı səbəbdən yanması məlum deyil. Xəsarət alanlar barədə məlumat yoxdur.

Yanğınla əlaqədar prospektdə avtomobillərin sıxlığı müşahidə olunur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri