Sen
2017
12:15
6
107
6602
Virtual karabakh

DİN Qalib Rəhimovun oğlunun törətdiyi qəza ilə bağlı məlumat yaydı

8 Sen, 2017
12:15
6602

DİN Qalib Rəhimovun oğlunun törətdiyi qəza ilə bağlı məlumat yaydı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.

Oxu.Az-ın xəbərinə görə, məlumatda bildirilib ki, sentyabrın 7-də, saat 16:00 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.

F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

A.Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, qəzanın səbəbkarı olan A.Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun (Qalib Arif) oğludur.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri