16 
Noy
2017
23:35
51
629
31149
Virtual karabakh

Vaqif Əsədov DYP üçün alınan 100 minlik “Mercedes”lərdən danışdı

16 Noy, 2017
23:35
31149

Vaqif Əsədov DYP üçün alınan 100 minlik “Mercedes”lərdən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti bölüyünə təqdim olunan avtomobillərin qiyməti bəlli oldu. Avtomobil ticarəti ilə məşğul olan şəxslər hesab edir ki, 2017-ci il istehsalı olan “Mercedes C-klass” markalı avtomobilin qiyməti komplektasiyasından aslı olaraq 60-70 min (119 000 AZN) dollar civarındadır.

Bəs Bakı şəhər Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına həmin avtomobillərdən verilibmi?

Oxu.Az-ın xəbərinə görə, qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Ölkə.Az”a açıqlamasında bildirib ki, əməkdaşlarına həmin avtomobillərdən verilməyib. Qurum rəsmisi deyir ki, yeni avtomobilləri sadəcə internetdən görüb.

“Hazırda “Mercedes C-klass” markalı avtomobillərinin Bakının yol polislərinə verilməsi ilə bağlı məndə heç bir məlumat yoxdur. Həmin avtomobillərin fotolarını internetdən görmüşəm. Bəli, çox gözəl avtomobillərdir. Son model maşınlardır. Niyə də olmasın? İnkişaf etmiş bir ölkədə elə belə də olmalıdır. Lakin bu maşınların hara, nə cür və kimə verilməsi barədə heç bir məlumatım yoxdur”, - deyə V. Əsədov bildirib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri