18 
Noy
2017
15:06
23
255
8257
Virtual karabakh

Qobustanda ağır qəza, xəsarət alanlar var – FOTO

18 Noy, 2017
15:06
8257

Qobustanda ağır qəza, xəsarət alanlar var – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qobustan rayonunda yol qəzası baş verib. 

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 82-ci kilometrliyində, Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Göyçay rayon sakini Rəşad Mustafayevin idarə etdiyi “Chevrolet” markalı minik avtomobili yoldan çıxaraq beton plitəyə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər - 1987-ci il təvəllüdlü Göyçay rayon sakini Gülnar Məhəmməd qızı Mustafayeva, onun övladı, 2009-cu il təvəllüdlü Nihad Rəşad oğlu Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onların vəziyyəti kafidir.

Qəzaya qatı dumanın səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri