18 
Noy
2017
16:52
391
64
12299
Virtual karabakh

Yeddi yaşı var, amma ağır texnikaları sərbəst idarə edir – VİDEO

18 Noy, 2017
16:52
12299

Yeddi yaşı var, amma ağır texnikaları sərbəst idarə edir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağsu rayon sakini yeddi yaşlı Sənani Gözəlov ağır texnikaları peşəkarlıqla idarə edə bilir. O, bu bacarığı ilə insanları heyrətə gətirir. Onun ən böyük arzusu isə Dağlıq Qarabağda yol çəkilişində öz traktoru ilə iştirak etməkdir.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, Sənani Gözəlov öncə tırtıllı ekskavatoru, sonra isə qreyderi hərəkətə gətirərək asanlıqla sürür.

Atasının əlindən çətinliklə idarə olunan bir sıra inşaat maşınlarını sürməyi öyrənən Sənani bu bacarığı ilə izləyənləri heyrətdə qoyur. O, bu texnikaları idarə etməyi isə lap kiçik yaşlarından öyrənməyə başlayıb.

Ağsu rayonunun Külüllü kəndində anadan olan, ancaq hazırda Xırdalan şəhərində yaşayan Sənani Gözəlov 1 saylı məktəbin birinci sinif şagirdi olduğunu deyir. Ancaq sinif yoldaşları traktor, ekskavator və qreyderin adını belə bilmədiyi halda, o, bu texnikaların öhdəsindən bacarıqla gəlir.

Sənani Gözəlovun arzusu da elə bacarığı kimi onu eşidənləri təəccübləndirir.

Onu da qeyd edək ki, Sənaninin idarə etdiyi texnikaların hamısı inşaatda istifadə olunan və idarə edilməsi çətin sayılan texnikalardır. Görünən odur ki, texnikaya olan həvəs yaş və sərhəd tanımır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri