14 
Dek
2017
11:24
123
252
13649
Virtual karabakh

Bakıda yol polisi qəza törətdi

14 Dek, 2017
11:24
13649

Bakıda yol polisi qəza törətdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarında DYP avtomobili qəza törədib.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə saat 05:20 radələrində Zərifə Əliyeva küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində baş verib.

1987-ci il təvəllüdlü Samir Bənziyevin idarə etdiyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus “BMW” markalı 99 YP 453 nömrəli avtomobil işıqforda dayanan, 1989-cu il təvəllüdlü Rüstəm Allahverdiyevin idarə etdiyi “Opel” markalı, 90 GT 630 nömrəli avtomobili arxadan vurub. 

Qəza nəticəsində ağır xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri