15 
Fev
2018
11:38
154
61
4023
Virtual karabakh

Ziya Bünyadov prospektində təmir işləri aparılır – VİDEO

15 Fev, 2018
11:38
4023

Ziya Bünyadov prospektində təmir işləri aparılır – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılan tədbirlər çərçivəsində Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsinədək olan istiqamətdə sıxlığın azaldılması məqsədilə təmir-tikinti işləri aparılır.

Agentlikdən Oxu.Az-a verilən məlumata görə, təmir-tikinti işləri çərçivəsində yolun hərəkət hissəsinin eninin böyüdülməsi məqsədilə döngə hissələrdə və hərəkət istiqaməti üzrə hər iki tərəfdə genişləndirmə işləri aparılır.

Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yerləşən mövcud geri dönmə hissədə də genişləndirmə işləri görülür. Sözügedən işlər çərçivəsində geridönmə hissədə əlavə hərəkət zolağı yaradılır.

Bundan başqa, prospektin sözügedən hissəsində sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək məqsədilə bir nöqtədə “cib”li hissə yaradılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri