27 
Fev
2018
09:59
231
61
15262
Virtual karabakh

Bakıda nəhəng park-körpü inşa edilir – FOTO

27 Fev, 2018
09:59
15262

Bakıda nəhəng park-körpü inşa edilir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda nəhəng piyada körpüsü inşa edilir.

Bu barədə Oxu.Az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirilib.

A.Nəcəfli deyib ki, yerüstü park-körpü “Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində və “Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması, ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri” layihəsinin II mərhələsi çərçivəsində inşa edilir.

“Bu mərhələdə Təzəpir məscidi qarşısında sahəsi 11.631 kv. metr olan, 338 avtomobil üçün yeraltı dayanacaq, Füzuli və Mirzəağa Əliyev küçələrinin üzərindən keçən, uzunluğu 112 və eni 52 metr olan piyada körpüsü, 11.650 kv. metr – Park, 8 hektar ərazidə yaşıllığın salınması nəzərdə tutulub.

Hal-hazırda avtomobil dayanacağının tikintisi üzrə işlərin 50 faizi yerinə yetirilib, Füzuli və Mirzəağa Əliyev küçələrinin üzərindən keçən piyada körpüsünün dayaqlarının tikintisi başa çatıb, yaşıllıq salınacaq ərazidə relyefin layihəyə uyğun şəkildə düzəldilməsi işləri aparılır”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri