11 
İyn
2018
10:06
206
19
4650
Virtual karabakh

Yapon mühəndisləri “Toyota Abşeron”da avtomobilləri yoxladı

“Toyota” şirkətinin qarşısına qoyduğu ən əsas prioritetləri müştərilərə qayğı göstərmək və avtomobillərin keyfiyyətinin artırılmasıdır.

Bununla əlaqədar “Toyota Abşeron”da bu yapon markası avtomobillərinin sahibləri üçün öz avtomobillərini tamamilə pulsuz yoxlamaq və yerli yolların onların keyfiyyətinə nə dərəcədə təsir göstərdiyini bilmək üçün gözəl imkan yaradılıb.

Avtomobilləri Belçikadan “Toyota Motor Europe” şirkətinin nümayəndələri Niko De Neve və Tom Lorin yoxlayıb, onlarla birgə Bakıya “Toyota Qafqaz” şirkətinin nümayəndəsi Yevgeni Lusta da gəlib. 

Onların səfərinin məqsədi Azərbaycan yollarının avtomobillərin vəziyyətinə göstərdiyi təsiri, hər hansı bir zədələrin olub-olmamasını və avtomobillərin aşağı hissələrinin parketmə zamanı nə qədər zədələndiyini öyrənmək üçün avtomobillərin yoxlanması idi.

Yevgeni Lustanın sözlərinə görə, gələcəkdə Azərbaycana hansı avtomobillərin tədarük ediləcəyi, onlar üçün yol zolağı hündürlüyünün artırılmasının tələb olunub-olunmadığı Tom və Nikonun hesabatından asılıdır. 

“Mən iki həftəlik səfər zamanı mühəndis - mexanikləri müşayiət edəcəyəm. Onlar Bakıya Tbilisidən gəliblər. Orada da avtomobillərin yoxlanılması həyata keçirilib, həmçinin digər ölkələrə səfərlər planlaşdırılır və sonda nəticələr təqdim olunacaq”, - deyə, Yevgeni Lusta bildirib. 

O qeyd edib ki, “Toyota” şirkəti nümayəndələrinin əsas işi - avtomobillərin alt hissələrinin ölçülməsi, şəklinin çəkilməsindən ibarətdir. Bundan başqa, hər bir müştəri ona təqdim olunan anketi doldurmalı və hər hansı bir şikayətin olub-olmamasını öyrənmək üçün onları maraqlandıran suallara ətraflı şəkildə cavab verməlidir. 

“Biz, əsasən, bir ildən beş ilə qədər istismarda olan, yol qəzasına düşməyən və ilk sahibi olan avtomobilləri yoxlayırıq. Yoxlama xaricdən gətirilməyən, sürücülər tərəfindən Azərbaycanda alınan avtomobillərə şamil olunur”, - Yevgeni Lusta qeyd edib. 

Yoxlamalarda yalnız Bakıdan deyil, həm də Azərbaycan regionlarından avtomobillər iştirak edəcək. Onun sözlərinə görə, bunun səbəbi odur ki, ölkənin mərkəzində yollar çox yaxşı, şəhərdən kənarda isə  yolların keyfiyyəti pis ola bilər, bu da avtomobillərin alt hissəsinə təsir edə bilər. Bununla əlaqədar ölkənin regionlarından olan bu marka avtomobillərinin sahibləri dəvət olunub. 

“Toyota” şirkətinin nümayəndələri müqayisə üçün öz avtomobillərini və rəqib firmaların avtomobillərini yoxlamaq niyyətindədir - bu, əsasən, “Honda”, “Mazda” və “Mitsubishi” markalarının avtomobillərinə aiddir. Onların məqsədi yerli yolların bu avtomobillərə necə təsir etdiyini və onların Azərbaycan yollarına nə qədər uyğunlaşdığını öyrənməkdir. 

“Toyota” şirkətinin nümayəndələri həm ölkənin mərkəzi, həm də regionlarda avtomobil sürərək, özləri yerli yolları sınaqdan çıxaracaq və hansı yerlərin avtomobillərin altını daha çox zədələdiyini öyrənəcək. 

“Toyota Abşeron” servisinin rəhbəri Azər Abbasov qeyd edib ki, yoxlamada Bakıdan on avtomobil iştirak edəcək, onlar həmçinin regionlardan avtomobil sahiblərini dəvət ediblər. Avtomobil sahibləri məmnuniyyətlə öz avtomobillərini “Toyota” nümayəndələrinin mühakiməsinə təqdim ediblər.

Beytulla Əsgərov etiraf edib ki, 2013-cü ildə Bakıda “Toyota Corolla” avtomobili alıb və beş ildir sürür. Onun sözlərinə görə, öz seçimindən heç də peşman olmayıb. 

“Mən “Toyota Abşeron”a minnətdarlığımı bildirirəm ki, onlar bizə öz avtomobilimizi yoxlamaq imkanını veriblər”, - deyə, Beytulla Əsgərov təşəkkür edib.

Onun sözlərinə digər avtomobil sahibi Altay Ağayev də qoşulub və bildirib ki, beş il ərzində “Toyota” avtomobilini sürür və tamamilə razıdır. 

“Toyota” ən keyfiyyətli avtomobillərdən biridir. Əminliklə deyə bilərəm ki, məhz bu avtomobil markasını seçdiyimə görə şadam. Onun xüsusiyyəti ondan ibarətdir ki, uzun müddət ərzində heç bir problem yaranmır, bu isə istənilən sürücü üçün çox mühümdür”, - Altay Ağayev vurğulayıb.

O, “Toyota Abşeron”a və “Toyota Motor” nümayəndələrinə öz maşınlarının xarici peşəkarlar tərəfindən yoxlanılması imkanına görə təşəkkürünü bildirib. 

Qeyd edək ki, “Toyota Abşeron”un rəsmi dillerinin salonunda ziyarətçilər model sırası və ehtiyat hissələrinin böyük bazası ilə tanış ola bilər, burada test-drayv və zəmanət üzrə servis həyata keçirilir.

Müştərilərin maksimal rahatlığı üçün rahat istirahət zonası təqdim olunub. Peşəkar ustalar xüsusi treninqlərdən keçib, müvafiq sertifikatlar alıb və təmir üzrə istənilən xidmət göstərməyə hazırdır. Əvvəlcədən qeydiyyatdan keçmək imkanı sayəsində müştərilər gözləmir və növbələrdə öz vaxtını itirmir. 

Siz “Toyota Abşeron” mərkəzini aşağıdakı ünvanda ziyarət edə bilərsiniz: Bakı-Sumqayıt şosesi, 6-cı km. Əlavə məlumat üçün:

Tel: +994 12 349 00 60 / *0110 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri